“Mən onları məhkəməyə verib başlarına oyun açacam” - Elgiz Əkbər

16:13 - 12 Mart 2024

“Mən onları məhkəməyə verib başlarına oyun açacam” - Elgiz Əkbər

Bu gün bir sıra saytlarda şou və sosial verilişlərin tanınmış aparıcıları, xüsusilə ARB, ATV, XƏZƏR və SPACE telekanallarının aparıcılarının prokurorluğa çağrılması ilə bağlı xəbər yayılıb. 

 

Manset.az məsələ ilə bağlı ARB telekanalının aparıcısı Elgiz Əkbərlə əlaqə saxlayıb. O, bu barədə məlumatı təkzib edib.

“Məni niyə prokurorluğa çağırsınlar ki? Mən nə cinayət törətmişəm ki, məni prokurorluğa çağırsınlar? Əgər bu xəbəri həqiqətən belə yazıblarsa, mən onları məhkəməyə verib başlarına oyun açacam.”

 

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin