Yardımlıda avtomobil yollarının əsaslı təmirinə başlanıldı - VİDEO

10:47 - 14 Mart 2024

Yardımlıda avtomobil yollarının əsaslı təmirinə başlanıldı - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun  əsaslı təmirinə start verilib. 

 

Manset.az xəbər verir ki, uzunluğu 23.5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.  
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolboyu  torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. 
 
Artıq layihənin Sırıq, Horavar və Əngövül hissələri üzrə torpaq işləri yekunlaşmaq üzrədir. 
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunacaq.
 
Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsünün də tikintisi aparılır 
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Bütün işlər  tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin