Günəşdə iki güclü partlayış oldu - FOTO

20:37 - 20 Mart 2024

Günəşdə iki güclü partlayış oldu - FOTO

Günəşdə iki yüksəkdərəcəli partlayış qeydə alınıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

"Martın 20-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 15 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 10:36-da isə rentgen diapazonunda 24 dəqiqə davam edən M7.4 partlayışı müşahidə olunub. Partlayış qısa radiodalğalarda kəsilmələrlə müşayiət olunub", - deyə məlumatda bildirilib.  

İkinci partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi, kosmik hava məlumatlarına əsasən, beşlik şkala üzrə R2 (orta) səviyyəsinə yüksəlib ki, burada ən yüksək göstərici R5-dir (ekstremal).

Günəşdə partlayışlar bir qayda olaraq, günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, bu da Yerdə maqnit qasırğalarına səbəb ola bilir.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin