"Beşiktaş"ın futbolçusu Yunanıstan klubunda

17:58 - 12 Sentyabr 2025

\"Beşiktaş\"ın futbolçusu Yunanıstan klubunda

“Beşiktaş”ın futbolçusu Joao Mario karyerasını Yunanıstanda davam etdirəcək.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, o, AEK-in 32 yaşlı yarımmüdafiəçinin icarəsi üçün İstanbul klubu ilə anlaşdığını bildirib. Mario mövsümün sonuna kimi Afina təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Mario ötən mövsümdə 39 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib. Portuqaliya millisinin sabiq üzvü 2024-cü ildə "Benfika"dan "Beşiktaş"a keçib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az