Lənətlənmiş üzük yenidən İngiltərənin gündəmində - FOTOLAR

11:52 - 27 Mart 2024

Lənətlənmiş üzük yenidən İngiltərənin gündəmində - FOTOLAR

İngiltərə mətbuatında Uels şahzadəsi Keyt Middltonun şahzadə Uilyamla evliliyindən bəri taxdığı nişan üzüyünün “lənətləndiyi” iddiaları yenidən gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şahzadə Uilyam 13 il əvvəl anası Diananın krallıq tarixində mühüm yeri olan bu sapfir nişan üzüyünü Keytə hədiyyə edib.

"Vogue" jurnalına görə, 18 karatlıq ağ qızılla örtülmüş və 14 brilyantla əhatə olunmuş oval üzük əslində Şahzadə Albertin Kraliça Viktoriya üçün hazırlamaq istədiyi broşdan düzəldilib.

Son zamanlar nişan üzüyünün lənətləndiyi fikri getdikcə daha çox yayılır. Bu fikri dəstəkləyən bəziləri iddia edirlər ki, üzükdə əvvəllər Şahzadə Dianaya aid olan bir növ bədbəxtlik izi var. Keyt Middlton və Şahzadə Uilyamın münasibətlərində yaşadıqları çətinliklər və mübahisələr də bu iddianı gücləndirir.

Üzüyün ilk sahibinin faciəvi avtomobil qəzasında dünyasını dəyişməsindən sonra o, yenidən oğullarına vəziyyət olunub.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin