"Azərbaycanda yeraltı təkanların sayı günü-gündən artır" - Qurban Yetirmişli

11:59 - 27 Mart 2024

Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır:

"Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur"


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin