“Qarabağ” sabah çempion ola bilər

14:38 - 28 Mart 2024

“Qarabağ” sabah çempion ola bilər

“Qarabağ” sabah ölkə çempionluğunu təmin edə bilər.

 

Manset.az xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi “Kəpəz”lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək.

“Qarabağ”ın ən yaxın izləyiciləri “Sabah” və “Neftçi” qələbə qazansa belə, “köhlən atlar” çempion olacaq. Çünki sona 8 tur qalmış aradakı xal fərqi 26 olacaq. Rəqiblərin isə mövsümün sonuna qədər bu fərqi aradan qaldırması mümkün deyil. 

Ağdamlılar bununla da tarixində 11-ci dəfə Azərbaycan çempionu adını qazanacaq. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” matçı martın 29-u, saat 19:00-da başlanacaq.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin