Yaponiyadakı səfirimizə ağır itki üz verdi - FOTO

19:29 - 1 Aprel 2024

Yaponiyadakı səfirimizə ağır itki üz verdi - FOTO

Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadəyə ağır itki üz verib.

 

Manset.az Publika.az-ıa istinadən əbər verir ki, səfirin atası Qüdrət İsmayılzadə vəfat edib.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Qüdrət Seyfulla oğlu İsmayılzadə 1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində anadan olub. O, arxeoloq, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, "Şöhrət" ordeni laureatı olub.

Qüdrət İsmayılzadə 150-dən artıq elmi məqalənin, 3 elmi monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifidir. O, 1 elmlər doktoru və 5 elmlər namizədi yetişdirib.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin