“Müşahidələrin fraqmentləri” adlı fərdi yaradıcılıq sərgisi keçirilib - FOTOLAR

20:10 - 20 Aprel 2024

“Müşahidələrin fraqmentləri” adlı fərdi yaradıcılıq sərgisi keçirilib - FOTOLAR

20 aprel 2024-cü il tarixində Xətai Sənət Mərkəzində gənc rəssam Reyhan Aslanovanın “Müşahidələrin fraqmentləri” adlı fərdi yaradıcılıq sərgisi keçirilib. 

 

Manset.az xəbər verir ki, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov sərgini açıq elan edərək rəssamın yaradıcılığı barədə geniş məlumat verdi.

Sonra Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək qeyd eləyib ki, bu Reyhan Aslanovanın ilk fərdi yarasıcılıq sərgisidir. Rəssama yaradıcılıq uğurları arzulayan Z.Əvəzov sərginin açılışı münasibətilə Reyhan Aslanovaya Xətai Sənət Mərkəzi adından xüsusi diplom təqdim edib. Çıxışçılar qeyd ediblər ki, Reyhan Aslanova öz yaradıcılığında Qərbi Azərbaycanı, Qarabağı tərənnüm edib. Sərgidə nümayiş olunan güllər arasında "10 may gülləri" adlı əsər tamaşaçıların xüsusi diqqətini cəlb edib. Bu əsər Ulu Öndər Heydər Əliyevin doğum gününə ithaf olunub.

Sərgidə rəssamın mənzərə, natürmort, portret janrlarında 100-dək əsəri nümayiş olunub. Sərginin açılışında mədəni ictimaiyyətin nümayəndələri iştirak edib. Sərgi aprelin 24-dək hər gün saat 11:00-dan 18:00-dək tamaşaçıların üzünə açıq olacaq.



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin