Neftçalada narkotik satmaq istəyən şəxs saxlanıldı

11:19 - 23 Aprel 2024

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanıldı

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyev saxlanılıb.

Ondan iki kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin