Azər Məmmədov vətəndaşlarla görüşdü - FOTO

17:49 - 03 İyul 2025

 Azər Məmmədov vətəndaşlarla görüşdü - FOTO

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Şabran rayonunda baş tutub.


Manset.az xəbər verir ki, birlik rəhbəri Şabran, Xaçmaz və Quba rayonlarından qəbula üz tutan 26 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kəndlərə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib.

Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az