Ersin Tatar İlham Əliyevə təşəkkür etdi - VİDEO

21:11 - 03 İyul 2025

Ersin Tatar İlham Əliyevə təşəkkür etdi - VİDEO

“Azərbaycan Prezidenti İlham Əliyevə Kıbrıs türklərinə verdiyi dəstəyinə görə, bir daha çox təşəkkür etmək istəyirəm”.


Manset.az TV1-ə istinadən xəbər verir ki, bunu Şimali Kİpr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib. O bildirib:

“Kıbrıs türkü ancaq öz dövləti ilə var ola bilir. Bu olmazsa, qarşıda bizə təhlükələr ola bilər. Türkiyənin və Azərbaycanın dəstəyinə ehtiyacımız var”.

Prezident Ersin Tatar sonra deyib:

“Biz Azərbaycana çox dəyər veririk. Azərbaycan Prezidenti İlham Əliyevin cəsur açıqlamaları, Kıbrıs xalqının haqlı mübarizəsində verdiyi dəstək bizim üçün tarixi bir proseslərdir. Xüsisi ilə Qarabağ savaşında Azərbaycan böyük Zəfərini qazandıqdan sonra güclü bir dövlətə çevrildi. Biz bundan sonra qardaş Azərbaycanın dastəyini daha çox hiss etdik. Biz də hər zaman Azərbaycanın yanında olacağıq”.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az