Amerika Birləşmiş Ştatlarında (ABŞ) geni dəyişdirilmiş donuz böyrəyi ikinci dəfə uğurla transplantasiya edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkda həm ürək, həm də böyrək çatışmazlığından əziyyət çəkən 54 yaşlı Liza Pisano adlı xəstəyə aprelin 4-də ürək nasosu deyilən yardımçı cihaz, aprelin 12-də isə geni dəyişdirilmiş donuz böyrəyi köçürülüb.
Xəstəxana əməliyyatdan təxminən 2 həftə sonra verdiyi açıqlamada, bədənin orqanı rədd etməsinə dair heç bir əlamətinin olmadığını açıqlayıb.
Xəstəxanadan verilən məlumata görə, sözügedən orqanda tək genetik dəyişiklik edilib.
Əfsanə Rəcəb
Manşet.az