Evində rəqs edən qadını gizli şəkildə videoya çəkib TikTok-da paylaşdı

15:29 - 26 Aprel 2024

Evində rəqs edən qadını gizli şəkildə videoya çəkib TikTok-da paylaşdı

Türkiyədə yaşayan bir pakistanlı şəxs evində rəqs edən qadının gizli şəkildə videosunu çəkərək TikTok-da paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüntülər və pakistanlı şəxsin sosial media istifadəçilərinə reaksiyası hiddət doğurub.

Beləki, TikTok-da videonun altına "Sən də geri dönəcəksən" şərhini yazan istifadəçiyə pakistanlı şəxs "Sən kimsən ki, mənə bunu deyirsən? 400 min dollarlıq sərmayə qarşılığında Türkiyə vətəndaşlığı aldım. Çıx get" cavabını verib.

Müzakirələrə səbəb olan hadisə ilə bağlı rəsmi qurumlardan heç bir açıqlama verilməyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin