NATO-nun Baş katibi Mark Rutte Türkiyəni ziyarət edəcək.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş katib 21 və 22 aprel tarixlərində Ankarada görüşlər keçirəcək.
Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Hakan Fidan və Milli Müdafiə naziri Yaşar Gülərlə görüşəcək. Görüşlər çərçivəsində müxtəlif mövzularda danışıqlar aparacağı qeyd edilib.