Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO

01:02 - 27 Aprel 2024

Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb.

 

Manset.az  xəbər verir ki, müğənni bu barədə verilişlərdən birində deyib.

O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib.

“Həyatımda olan xanımla aramızda 15 yaş fərq var. Özüm istəyib, özüm seçmişəm, artıq müəyyən addımları da atmışam”, - deyə müğənni qeyd edib.

Müğənni toyunun nə zaman keçiriləcəyi barədə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, Talıb Tale bir neçə il əvvəl efirlərdən birində 20 yaşlı xanımla ailə quracağını açıqlamışdı.

Xatırladaq ki, müğənninin hazırda 43 yaşı var.

Daha ətraflı süjetdə:


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin