Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI

16:14 - 30 Aprel 2024

Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI

“Bu gün bəzi rayonlarda tək-tək hallarda olsa da, qızılca hadisəsi qeydə alınır”.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, ötən gün ölkə üzrə 29 hadisə qeydə alınıb: “Rəqəmlər azalmağa doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var”.

GEM rəsmisi xatırladıb ki, qızılca Azərbaycanda ötən ilin aprel ayından əsasən xaricdən gətirilmə halları ilə bağlı olub: “Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslər arasındadır”.

A.Əliyeva vurğulayıb ki, hər il təxminən 10% uşaq peyvənddən kənarda qalır: “Bununla da qeyri-immun təbəqə yaranır. Nəticədə hər hansı xəstəliyin alovlanması zamanı yoluxma halları da həddən artıq çox olur”.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin