“Barselona” Pedrini satacaq

13:15 - 3 May 2024

“Barselona” Pedrini satacaq

“Barselona” yayda yarımmüdafiəçi Pedri ilə yollarını ayırmağa hazırdır.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə  "Marca” məlumat yayıb.

Kataloniya klubu 21 yaşlı futbolçunun transferi ilə bağlı təklifləri nəzərdən keçirəcək. Buna görə də “Barselona” rəhbərliyinin Pedri ilə yeni müqavilə üçün danışıqları dayandırdığı bildirilib.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan futbolçu bu mövsüm "Barselona"da ümumilikdə 29 oyun keçirib, 2 qol vurub, 5 qol ötürməsi edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin