Ağdamın bu kəndlərinə ilin sonuna kimi köç başlayacaq

13:28 - 3 May 2024

Ağdamın bu kəndlərinə ilin sonuna kimi köç başlayacaq

Bu gün biz azad olunmuş əraziləri minalardan və partlamamış sursatlardan təmizləməkdəyik.

 

Manset.az  xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

“Düşmənin ölü zonaya çevirdiyi Ağdam xarabalıqları üzərində infrastruktur yaradılır, mədəni abidələr bərpa edilir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köç başlayacaqdır”, - o bildirib.

Onun sözlərinə görə, bu ilin sonun qədər Kəngərli kəndinə 292 ailə, Xıdırlı kəndinə 719 ailə, Sarıcalı kəndinə isə 203 ailə köçürüləcək.

Bəşir Hacıyev qeyd edib ki, hazırda Ağdam Sənaye parkında 27 rezident mövcuddur.

Onun sözlərinə görə, bu istiqamətdə təkliflər davam edir: “Burada böyük zavod və fabriklər inşa edilir. Bütün bunların sayəsində köçürülən əhalinin işlə təmin edilməsi baş tutacaqdır”.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin