logo
logo logo
logo

Hökməlidə avtomobildə YANĞIN

16:14 - 25 İyul 2026

Hökməlidə avtomobildə YANĞIN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN-dən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

    Qeyd olunub ki, xəsarət alan olmayıb. Avtoyuma məntəqəsi yanğından mühafizə olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az