logo
logo logo
logo

“Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”

21:23 - 19 Oktyabr 2026

“Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”

“Biz bir-birimizə ehtiyac duyduğumuz zaman əl uzadan iki ayrı millət deyil, bir-birinin əlini heç vaxt buraxmayan tək millətin iki dövlətində yaşayırıq. Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”.


Manset.az Editor-a istinadən xəbər verir ki, bu fikirləri İstanbul Aydın Universitetinin İdarə Heyətinin sədri professor Mustafa Aydın Azərbaycan-Türkiyə qardaşlığının tarixi əhəmiyyəti, iki ölkə arasındakı sarsılmaz münasibətlər və bu birliyin gələcək nəsillərə ötürülməsinin vacibliyi ilə bağlı bəyanatında səsləndirib.

M.Aydın bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixin ən ağır sınaqlarından keçərək möhkəmlənib, qarşılıqlı fədakarlıq və səmimi həmrəylik əsasında formalaşmış köklü tale birliyidir:

"“İki dövlət, tək millət” şüuru gündəlik siyasi proseslərin, müvəqqəti fikir ayrılıqlarının və ayırıcı ritorikanın kölgəsində qala bilməyəcək qədər güclüdür. Azərbaycan-Türkiyə qardaşlığı hər iki xalqın ortaq tarixindən, milli yaddaşından və qarşılıqlı etimadından qaynaqlanır. Türkiyənin İstiqlal mübarizəsinin ən çətin günlərində Azərbaycanın göstərdiyi dəstək, eləcə də Türkiyənin hər zaman azərbaycanlı qardaşlarının yanında olması ortaq tarixin ən dəyərli həmrəylik nümunələrindəndir. Onun sözlərinə görə, bu tarixi bağlılığın unudulmaması və gələcək nəsillərə çatdırılması mühüm vəzifədir".

M.Aydın bu kontekstdə Azərbaycanın sabiq baş nazirlərindən Həsən Həsənovun müəllifi olduğu və özünün redaktorluğu ilə nəşr edilən “Nəriman Nərimanovun Milli Dövlət Anlayışı və Fəaliyyətləri” kitabına da diqqət çəkib.

O, Nəriman Nərimanovun “Paşam! Qardaş qardaşa borc verməz, əlindən tutar” sözlərinin Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edən mühüm tarixi mesaj olduğunu bildirib. Qeyd edib ki, bu fikrin Türkiyə türkcəsinə tərcümə edilərək oxuculara təqdim olunması ortaq tarixi yaddaşın qorunmasına xidmət edir.

M.Aydın vurğulayıb ki, hazırkı həssas dövrdə hər iki cəmiyyəti təmsil edən ziyalıların, fikir adamlarının, siyasətçilərin və dövlət rəsmilərinin üzərinə böyük məsuliyyət düşür:

"Onun fikrincə, hər kəs öz sözünün və mövqeyinin məsuliyyətini dərk etməli, heç bir müzakirənin Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə zərər vurmasına imkan verilməməlidir.

Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Mustafa Aydın ölkəmizə davamlı inkişaf və müstəqilliyinin əbədi olmasını arzulayıb.

“Azərbaycan və Türkiyə bir-birinə ehtiyac duyduqda əl uzadan, çətin gündə bir-birinin yanında olan iki qardaş dövlətdir. Qardaşlığımız daim, birliyimiz əbədi olsun!”, – deyə Mustafa Aydın bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az