logo
logo logo
logo

Ramiz Mehdiyev AMEA-dan da çıxarılır 

16:35 - 19 Oktyabr 2026

Ramiz Mehdiyev AMEA-dan da çıxarılır 

Məhkəmənin qərarı məlum olandan sonra Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq.


Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən başqa statusu yoxdur: “Məhkəmənin qərarından sonra AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında məsələyə baxılacaq və qərar qəbul olunacaq”.

Qeyd edək ki, Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az