Tel-Əvivdən Vyanaya uçan “Austrian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba xəbərdarlığı səbəbindən marşrutunu dəyişərək Bolqarıstanın paytaxtı Sofiyaya yönəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısının müşayiət etdiyi təyyarə təhlükəsiz şəkildə eniş edib. Təyyarədəki 57 sərnişin və ekipaj üzvü təxliyə olunub.
Aparılan yoxlamalar zamanı heç bir təhlükəli əşya aşkar edilməyib.