logo
logo logo
logo

Nadir rast gəlinən xərçəng növləri açıqlandı

15:08 - 19 Oktyabr 2026

Nadir rast gəlinən xərçəng növləri açıqlandı

Qulaq, böyrəküstü vəz, beyin və mərkəzi sinir sisteminin digər hissələrində yaranan bədxassəli şişlər ən nadir onkoloji xəstəliklər sırasındadır.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bu şişlərə həm kişilərdə, həm də qadınlarda nadir hallarda rast gəlinir. Xəstəliyin az yayılması onların tibbi əhəmiyyətini azaltmır. Əksinə, belə halların az olması həkimlərdən xüsusi diqqət və təcrübə tələb edir.

Kaprin qeyd edib ki, regional klinikalarda çalışan həkimlər peşə fəaliyyətləri boyunca müəyyən nadir şiş növü olan cəmi bir neçə xəstə ilə qarşılaşa bilərlər. Buna görə də nadir onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi xüsusi yanaşma tələb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az