logo
logo logo
logo

“44”ün nümayişi zamanı çəkiliş aparanlar cəzalandırılacaq 

14:48 - 19 Oktyabr 2026

“44”ün nümayişi zamanı çəkiliş aparanlar cəzalandırılacaq 

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi “44” bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib.


Mansset.az xəbər verir ki, müraciətdə bildirilib:

“44” bədii filmi xalqımızın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını və sarsılmaz birliyini ekranlara gətirən, müharibənin ağır sınaqları fonunda insan talelərindən, fədakarlıqdan və ümiddən bəhs edən təsirli bir əsərdir. Filmin yaradıcı heyəti bu mühüm hekayəni böyük zəhmət və məsuliyyətlə ərsəyə gətirib.

Bildiririk ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir. Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər.

Tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edirik. Bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər.

Qanun pozuntusu faktları aşkar edildikdə təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az