logo
logo logo
logo

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu 

14:28 - 20 Oktyabr 2026

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb.


Manset.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, şagirdlər tərəfindən yararlılıq müddəti bitmiş, qənnadı məhsulları istehlak edilib. Hadisə ilə əlaqədar zərərçəkmiş şəxslərdən və məhsuldan laborator müayinələr aparılması məqsədilə nümunələr götürülüb.

Zərərçəkmiş şəxslərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində zəhərlənməyə səbəb olan "Staphylococcus aureus" (qızılı stafilokok) bakteriyası aşkarlanıb.

AQTA bir daha istehlakçıları qida məhsullarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır:

"Qida məhsulları istehlak edilərkən onların etiket məlumatları, xüsusilə yararlılıq müddəti diqqətlə yoxlanılmalı, yararlılıq müddəti bitmiş, mənşəyi və saxlanma şəraiti məlum olmayan qidaların istehlakından çəkinilməlidir. Uşaqların sağlamlığını qorumaq və yoluxucu xəstəliklərin qarşısını almaq üçün onların sanitariya və gigiyena qaydalarına ciddi riayət etməsi mütləqdir.

Valideynlərə tövsiyə olunur ki, övladlarını qida təhlükəsizliyi qaydaları barədə məlumatlandırsın, onların istehlak etdikləri qidaların təhlükəsizliyinə diqqət yetirsin və uşaqlarda erkən yaşlardan düzgün qidalanma vərdişlərinin formalaşdırılmasına xüsusi önəm versinlər".

Qeyd edək ki, oktyabrın 2-də Sumqayıt şəhərində yerləşən 36 nömrəli tam orta məktəbdə kütləvi zəhərlənmə baş verib. Məktəbin 21 şagirdi zəhərlənmə şübhəsi isə xəstəxanaya müraciət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az