ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində Ər-Rəhma məscidinin yaxınlığında silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, silahlı hücum nəticəsində bir nəfər həyatını itirib. Kolumbus polisinin nümayəndəsi, serjant Ceyms Fukua hadisənin məscidə qarşı yönəlmiş hücum olmadığını bildirib.
Hücumun hansı səbəbdən törədildiyi hələlik məlum deyil. Hadisənin baş verdiyi ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.