logo
logo logo
logo

Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edildi 

09:58 - 20 Oktyabr 2026

Azərbaycanda \"Uşaq Hüquqları Aylığı\" elan edildi 

Azərbaycanda 20 oktyabr-20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatıə məlumat yayıb.

Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.

Ombudsman Səbinə Əliyeva aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş "Uşaq Hüquqları Aylığı" ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.

Səbinə Əliyeva bildirib ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacağını düşünür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az