Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhlil edə və aktivlərinin bölgüsünü daha aydın görə bilərlər. Giriş prosesinin sadələşdirilməsi və əsas ekrandakı məlumatların daha əlçatan olması da investisiya təcrübəsini rahatlaşdırır.
Yeni
versiyada portfelin nəticələrini izləmək üçün tamamilə yenilənmiş qrafik təqdim
olunur. İstifadəçilər performansı 1 gün, 7 gün, 1 ay, 6 ay, 1 il, ilin əvvəlindən
cari tarixədək və bütün dövr üzrə müqayisə edə bilərlər. Bu, portfelin zamanla
necə dəyişdiyini izləməyə və müxtəlif dövrlərin nəticələrini qiymətləndirməyə
imkan verir.
İnvestisiya
fəaliyyətini daha dərindən anlamaq istəyənlər üçün isə yeni “Analitika”
bölməsi yaradılıb. Burada seçilmiş dövr üzrə ümumi gəlir, ödənilmiş
komissiyalar, əldə edilmiş dividendlər, ticarət nəticələri, müsbət və mənfi nəticə
ilə bağlanan əqdlər, eləcə də ümumi mədaxil və məxaric barədə məlumatlar təqdim
olunur. Beləliklə, istifadəçilər yalnız portfellərinin cari dəyərini deyil, müəyyən
müddət ərzində həyata keçirdikləri əməliyyatların nəticələrini də təhlil edə
bilərlər.
Yeni
versiyada portfelin ümumi dəyərini və aktivlərin bölgüsünü izləmək də daha asan
olub. İstifadəçilər səhmlərdə və ETF-lərdə yerləşən vəsaiti, eləcə də bu aktivlərin
portfeldəki payını daha aydın görə bilərlər. Gündəlik istifadəni rahatlaşdırmaq
üçün gözləmədə olan alış və satış sifarişləri əsas səhifədə ayrıca göstərilir,
maraq doğuran şirkət və aktivlərin izlənildiyi “Watchlist” isə daha əlçatan
yerdədir.
Birbank
Invest-də qeydiyyat və giriş prosesi də indi daha sadədir. Belə ki, Bir ID ilə
daxil olan müştərilərin əlavə üz tanıma mərhələsindən keçməsinə ehtiyac
qalmayıb. Bununla yanaşı, iOS istifadəçiləri üçün tətbiqin dizaynı “Liquid
Glass” yanaşması əsasında yenilənib və daha müasir vizual görünüş əldə edib.
Qeyd edək
ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq
həm investisiya sahəsində ilk addımlarını atan, həm də
təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat,
sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital
İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.