Kolumbiyanın Kauka inzibati bölgəsində orduya məxsus hərbi helikopter qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər xəsarət alıb.
Məlumata görə, “UH-60 Black Hawk” tipli helikopter Popayan və İnsa yaşayış məntəqələri arasındakı marşrut üzrə şəxsi heyətin daşınması və təchizatın çatdırılması zamanı qəzaya uğrayıb. Rəsmilər helikopterdə olan 4 ekipaj üzvünün və 15 hərbçinin yaralandığını açıqlayıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.