İran Prezidenti Məsud Pezeşkian Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, görüş oktyabrın 19-da Tehranda baş tutub.
Tərəflər İran və Rusiya arasında ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq gündəmdəki son prosesləri müzakirə ediblər.
Görüş zamanı Tehran və Moskva arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.