Fransanın şimalında baş verən qarət və zorakılıq hadisələrindən sonra bir sıra şəhərlərdə komendant saatı elan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məhdudiyyət Lill şəhəri ilə yanaşı, Douai, Wattignies və Denain şəhərlərini də əhatə edir. Qadağa iki gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində saat 20:00-dan səhər saat 06:00-dək küçəyə çıxmaq qadağan ediləcək.
Qərar oktyabrın 17-də keçirilən etiraz aksiyalarından sonra baş verən hadisələrlə əlaqədar qəbul edilib.