Rusiyanın Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayətində parka pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub, 6-sı uşaq olmaqla 14 nəfər yaralanıb.
Ukraynanın daxili işlər naziri İvan Vıhivski bildirib ki, PUA ailələrin uşaqları ilə vaxt keçirdiyi parka düşüb. Nazir uşaq arabasında olan körpənin meyitini əks etdirən foto da paylaşıb. Xarkov vilayətinin qubernatoru Oleh Sinehubov daha əvvəl şəhərin cənub-qərbində baş verən hücum nəticəsində 15 nəfərin yaralandığını açıqlamışdı.