Polşanın Vrotslav şəhərində İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq partlamamış aviasiya bombası aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar ərazidə yaşayan və çalışan təxminən 3 min nəfərin təxliyəsinə başlanılıb.
Polis ərazini təhlükəsizlik məqsədilə mühasirəyə alıb. Aparılan ilkin araşdırma nəticəsində sursatın İkinci Dünya müharibəsindən qalma 250 kiloqramlıq aviasiya bombası olduğu müəyyənləşdirilib.