Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün dördüncü dalğasına start verir. “She’s Next in Digital” adlı proqram qadın sahibkarları rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, ekspert dəstəyi almağa və ümumilikdə 60 000 AZN məbləğində qrant fondu uğrunda mübarizə aparmağa dəvət edir.
“Bir
addımla başla!” şüarı ilə keçirilən proqram qadınlara bizneslərini inkişaf
etdirmək, yeni müştərilər qazanmaq və rəqəmsal imkanlardan daha səmərəli
istifadə etmək üçün bilik və bacarıqlarını artırmağa kömək edəcək.
Proqramda
həm fəaliyyət göstərən biznes sahibləri, həm də öz biznes ideyasını həyata
keçirmək istəyən qadınlar iştirak edə bilərlər. Müraciətlər dörd kateqoriya üzrə
qəbul olunur: rəqəmsal inkişafı prioritet seçən mövcud bizneslər üçün “Rəqəmsal”,
sosial təsir yaradan təşəbbüslər üçün “Sosial”, fəaliyyət göstərdikləri
regionların inkişafına töhfə verən bizneslər üçün “Regional”,
biznesini qurmağa hazırlaşan və ya ilkin biznes ideyasını inkişaf etdirmək istəyən
qadınlar üçün isə “Yeni başlayanlar” kateqoriyası nəzərdə
tutulub.
Proqramın
sonunda hər kateqoriya üzrə iki qalib olmaqla, ümumilikdə 8 qalib seçiləcək.
Onlar bizneslərini inkişaf etdirmək və ideyalarını reallaşdırmaq üçün ümumi məbləği
60.000 AZN olan qrant fondundan maliyyə dəstəyi əldə edəcəklər.
Bu
il ilk dəfə olaraq, She’s Next Gəncə və Şəkidə də keçiriləcək. Regionlarda təşkil olunacaq tədbirlər qadın
sahibkarlara proqram haqqında ətraflı məlumat almaq, qeydiyyat prosesində dəstək
əldə etmək, digər sahibkarlarla təcrübə mübadiləsi aparmaq və uğurlu qadın
sahibkarların hekayələrini dinləmək imkanı yaradacaq.
She’s
Next in Digital proqramına qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək davam edəcək. İştirak
şərtləri və proqram haqqında ətraflı məlumatı shesnext.az saytından əldə etmək və müraciət etmək mümkündür.
Yeniliklər və qarşıdakı tədbirlər barədə məlumat almaq üçün She’s Next WhatsApp icmasına da qoşulmaq olar.
Kapital
Bank-ın məhsulu olan Birbank Biznes, sahibkarları və onların bizneslərini səmərəli
idarəetmə üçün innovativ və rahat həllər təklif etməklə dəstəkləməyə çalışır.
Birbank Biznes müştəriləri canlı söhbət funksiyası vasitəsilə istənilən vaxt
kömək ala bilərlər. Sahibkarların vaxta qənaət etməsi və əməliyyatlarını
optimallaşdırması üçün nəzərdə tutulan Birbank Biznes sistemi haqqında daha ətraflı
məlumat əldə etmək üçün https://birbank.business veb-səhifəsinə daxil olun və ya 896 məlumat
mərkəzinə zəng edin.