logo
logo logo
logo

Tramp İrana zərbələri müvəqqəti dayandırmağı tapşırdı

21:33 - 25 İyul 2026

Tramp İrana zərbələri müvəqqəti dayandırmağı tapşırdı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı gündəlik hərbi zərbələrə müvəqqəti fasilə verilməsi barədə göstəriş verib.


Manset.az Axios-a istinadən xəbər verir ki, bu qərarla təxminən iki həftə davam edən gündəlik hücumlar dayandırılıb.

    Mənbələrin bildirdiyinə görə, qərar Omanın Tehrana diplomatik missiya göndərməsindən sonra qəbul olunub.

    Bununla belə, fasilənin nə qədər davam edəcəyi və Vaşinqtonun İrana qarşı siyasətində daha geniş dəyişikliklərin başlanğıcı olub-olmadığı hələlik məlum deyil.

    Ağ Ev və Pentaqon məsələ ilə bağlı rəsmi açıqlama verməyib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az