"Zirə" səfərdə "Turan Tovuz"a qalib gəldi

19:12 - 5 May 2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. "Qartallar"da 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli fərqlənib.

Meydan sahiblərində Fərid Nəbiyev 52-ci dəqiqədə adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə Roderik Miller birbaşa qırmızı vərəqə alaraq "Turan Tovuz"u azlıqda qoyub.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.

Bu gün "Araz-Naxçıvan" – "Sabah" görüşü də təşkil olunacaq.

Qeyd edək ki, ötən gün "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib – 1:0. "Qarabağ" isə "Neftçi"ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da "Səbail" – "Qəbələ" oyunu ilə yekun vurulacaq.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin