Bu ölkə peyvəndlərlə bağlı müqaviləni imzalamaqdan imtina etdi

18:41 - 9 May 2024

Bu ölkə peyvəndlərlə bağlı müqaviləni imzalamaqdan imtina etdi

Böyük Britaniya Ümumdünya Səhiyyə Təşkilatının qlobal peyvənd müqaviləsini imzalamaqdan imtina edir.

 

Manset.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilib ki, Britaniya bu müqaviləni imzaladığı təqdirdə əlindəki peyvəndlərin beşdə birini quruma vermək məcburiyyətində qalacaq.

ÜST-nin pandemiya ilə bağlı sazişi ilk dəfə 2021-ci ilin may ayında elan edilmiş bir təşəbbüsdür. Bu saziş, üzv ölkələri növbəti qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyətdə vahid şəkildə davranmağa məcbur edəcək. Sənədi imzalayacaq ölkələr peyvəndlər də daxil olmaqla, pandemiya ilə əlaqəli sağlamlıq məhsullarının beşdə birini digər kasıb ölkələrə vermək məcburiyyətində qalacaq. Həmçinin müqaviləni imzalayacaq ölkələr sağlamlıq məhsullarının tədarük ehtiyatını yığa bilməyəcəklər.

“The Telegraph”a yaxın olan mənbə qeyd edib ki, Böyük Britaniya peyvəndlərlə bağlı bu cür öhdəliklərə qəti şəkildə qarşıdır və Britaniyanın suverenliyinə xələl gətirən pandemiya sazişini imzalamaq niyyəti yoxdur.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin