Poçetitnodan gələcəyi ilə bağlı açıqlama

00:49 - 11 May 2024

Poçetitnodan gələcəyi ilə bağlı açıqlama

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino London təmsilçisindəki gələcəyindən danışıb.

 

Manset.az  Britaniya mətbuatına istinadən xəbər verir ki, o, London təmsilçisinin növbəti mövsüm üçün hazırlıqlarını planlaşdırdığını bildirib.

“Bu o qədər də vacib deyil. Mənim üçün əsas odur ki, tək klub sahibləri yox, hamı məndən razı olsun. Bu şərtlə işləməyə davam edim. Sonra hər şey yaxşı olacaq.  Klub rəhbərliyi sabah da mənim haqqımda qərar versə də, təkbaşına getməyim də mümkündür. Hər iki tərəf qərar verməlidir. Burada işlər təyinatdan əvvəl gözlədiyim kimi getmir.

Artıq növbəti mövsümə hazırlıqları planlaşdırırıq. Bu məsələ ilə bağlı artıq bir neçə görüş keçirilib".

Xatırladaq ki, argentinalı mütəxəssis ötən yaydan “Çelsi”ni çalışdırır. İngiltərə Premyer Liqasında keçirdiyi 35 oyundan sonra London klubu 54 xalla 7-ci yerdədir.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin