logo
logo logo
logo

Salyandakı qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

00:02 - 21 İyul 2026

Salyandakı qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.


Manset.az xəbər verir ki, qəzada xəsarət alan rayonun Şorsulu kənd sakini Vüqar Tahir oğlu Əsədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

***

22:00

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

19:07

Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az