Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, Xalq artisti Zaur Rzayevin səhhəti oktabrın 14-də yenidən pisləşib. Müğənni xəstəxanaya aparılıb.
Məlumat üçün bildirək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.