Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
13:45 - 17 May 2024
Aparıcı Samirə Mustafayeva AzTV-dəki işindən ayrılıb.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, televiziya ulduzu kanalla iş birliyinə son qoyub.
S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir: “Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzunmüddətli icazə almaq olmur. Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu”.
Qeyd edək ki, S.Mustafayeva uzun müddət ATV-də işləyib. O, daha sonra fəaliyyətinə fasilə verib. 2020-ci ildən isə AzTV-də çalışırdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin