Fransada sinaqoqa hücum

17:47 - 17 May 2024

Fransada sinaqoqa hücum

Fransanın daxili işlər naziri Gerald Darmanin və yerli hakimiyyət orqanları Rouen şəhərində sinaqoqu yandırmağa cəhd edən silahlı hücumçunun güllələnərək öldürüldüyünü açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Darmanin sosial şəbəkədə verdiyi açıqlamada hadisənin cümə səhəri Parisin 130 kilometr şimal-qərbində Rouen şəhərində baş verdiyi bildirilib.

Hücum edənin kimliyi və hücumu niyə həyata keçirdiyi hələlik bəlli deyil.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum edən şəxsin əlində bıçaq və dəmir çubuq olub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin