Azərbaycanda dövlət hesabına mənzil alan ailələrin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ildə dövlət hesabına mənzil alan ailələrin sayı 4 802 olub.
Bəs dövlət hesabına mənzil alan ailələr kimlərdir?
Manset.az Modern.az-a istinadən xəbər verir ki, dövlət hesabına mənzil alanlar aşağıdakı ailələrdir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin ailələri;
- Gənc ailələr;
- Çoxuşaqlı ailələr;
- Məcburi köçkünlər;
Rəsmi statistikaya görə, 2025-ci ildə 229 Qarabağ əlilinə, 158 şəhid ailəsinə, 4370 məcburi köçkün ailəsinə dövlət hesabına mənzil verilib.
2020-2022-ci illərdə 17 gənc ailə, 2020-2023-cü illərdə isə 23 çoxuşaqlı ailə dövlət hesabına mənzil alıb.
Maraqlıdır ki, gənc ailələr və çoxuşaqlı ailələrin hansı kriteriyalarla bu siyahıya salındığı açıqlanmayıb.