logo
logo logo
logo

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb 

19:18 - 17 Sentyabr 2026

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.


Manset.az xəbər verir ki, bu barədə ADY-nin məlumatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.

"Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.

2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib", - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az