Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
17:54 - 21 May 2024
Son zamanlar göz rəngini əməliyyatla dəyişmək istəyənlərin sayı daha da çoxalıb. Lakin mütəxəssislər bunun göz sağlamlığına ciddi təhlükə törətdiyini açıqlayıblar.
Manset.az xəbər verir ki, ən çox Avropa ölkələrində yayılan bu əməliyyat korluğa səbəb olur.
Bundan başqa gözlər işığa qarşı hədsiz dərəcədə həssaslaşır. Həkimlər bu əməliyyatın tibbdə dəstəklənmədiyini bildirir.
Göz rənginin dəyişdirilməsi əməliyyatı zamanı rəng bölümündəki piqmentlər lazerlə azaldılır. Bundan sonra gözün rəngi açıqlamağa başlayır. Nəticədə göz bəbəyinin içində maye yolları bağlanır.
Bu da bir müddətdən sonra korluğa səbəb olur. Bu əməliyyatı etdirənlərin yüzdə 50-si kor olma riski ilə üz-üzə qalır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin