Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan etdi

18:16 - 23 May 2024

Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan etdi

Norveç Ukraynada davam edən müharibə səbəbindən rus turistlərin ölkəyə girişini daha da məhdudlaşdırmaq qərarına gəlib.

 

Manset.az “Politico” istinadən  xəbər verir ki, bu barədə Norveçin ədliyyə və ictimai təhlükəsizlik naziri Emilie Enger Mehl bildirib.

Yeni qadağaya əsasən, turizm və ya digər “vacib olmayan” səbəblərlə səyahət edən rusların sərhədi keçməsinə icazə verilməyəcək.

 Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər.

Yeni qaydalar mayın 29-dan qüvvəyə minəcək. Qərar digər Şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq.

Bu qərardan sonra  Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

O, açıqlamasında "Norveçin rusiyalı turistlərə tətbiq etdiyi məhdudiyyətlər diskriminasiya xarakterli qərardır" deyib. 

Əks addım atacaqlarına işarə edən Peskov, “Belə qərarlar cavabsız qala bilməz”  əlavə edib.

Jalə

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin