18 yaşa çatmamış nişanlanma qadağan edilsin - TƏKLİF

17:46 - 24 May 2024

18 yaşa çatmamış nişanlanma qadağan edilsin - TƏKLİF

"İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır".

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanda nikahda 18 yaşla bağlı istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır:

"18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib:

"Erkən yaşda nişanlanma bizim tərəfimizdən ailələr arasında sövdələşmə kimi qəbul edilir. Biz "nişanlanma" sözünü qanunvericiliyə sala bilmirik. Amma biz bunun qanunvericilikdə əksini tapması üçün işləyirik".


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin