Bakıda narkomanların yuvasına çevrilən QƏBİRİSTANLIQ - VİDEO

15:14 - 28 May 2024

Bakıda narkomanların yuvasına çevrilən QƏBİRİSTANLIQ - VİDEO

Sabunçu rayonu Zabrat qəsəbəsindəki qəbiristanlıq baxımsız vəziyyətdədir.

 

Manset.az xəbər verir ki, yaxınlarının məzarını ziyarət edənlər qamışların arasından keçərək getməli olurlar. Bu barədə “Xəbərin olsun” verilişində bildirilib.

Məkan nəzarətsiz qaldığından həm də narkomanların yuvasına çevrilib. Sakinlər bildirir ki, onlar dəfələrlə bura gəlib-gedən və narkotik maddə istifadə edən narkomanları görüblər.

Zabrat qəbiristanlığındakı xoşagəlməz hal Kürdəxanı qəbiristanlığında da hökm sürür.

Burada da qəbirlərin ətrafını hündür qamışlar basıb. Nəticədə ərazini narkomanlar özlərinə məskən seçib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə hər iki qəbiristanlıq artıq polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Ətraflı videoda:


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin