Dünya Qadın Seriyasında Qəbələ mərhələsinə start veriləcək

12:12 - 2 İyun 2024

Dünya Qadın Seriyasında Qəbələ mərhələsinə start veriləcək

Bu gün basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinə start veriləcək.

 

Manset.az xəbər verir ki, 2 gün davam edəcək yarışda 5 milli komanda və 3 klub gücünü yoxlayacaq.

Azərbaycan yığması A qrupunda Portuqaliya millisi, “Baku Flames” və “Varşava Lotto” (Polşa) ilə qüvvəsini sınayacaq.

B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri, həmçinin "Barselona Panthers" (İspaniya) münasibətinə aydınlıq gətirəcək.

2 İyun

16:30 Azərbaycan – “Baku Flames”

18:10 “Baku Flames” – “Varşava Lotto”

19:00 Azərbaycan – Portuqaliya

20:00 Portuqaliya - “Baku Flames”

20:50 “Varşava Lotto” – Azərbaycan

Qeyd edək ki, reqlamentə əsasən qrup qalibləri birbaşa yarımfinala vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri isə bir-biri ilə çarpaz şəkildə 1/4 finalda mübarizəni davam etdirəcəklər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin